SON ZƏNG
14 iyun 2018 – ci il tarixində məktəbimizdə “Son zəng” tədbiri keçirildi. Bu il 74 nəfər şagird məzun adını qazandı.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cavanşir Tarverdiyev 2017 – 2018 – ci tədris ilinin "Təhsildə Keyfiyyət İli" elan olunması ilə əlaqədar məktəbdə görülən işlərdən və qazanılmış uğurlardan bəhs edərək məzunları təbrik etdi və uğurlar arzuladı. XI sinif məzunları öz maraqlı və məzmunlu çıxışlarında vətənə, müəllimlərə, məktəbə olan hörmət və sevgilərini ifadə etdilər. İbtidai sinif şagirdləri mahnı, rəqs və şeir nümunələri ilə məzunları təbrik etdilər.
Tədbirin sonunda məzunlar sülh rəmzi olan göyərçinləri səmaya buraxaraq “Azərbaycan mahnısının sədaları altında tədbiri yekunlaşdırdılar.