"Gəlin birgə oxuyaq" açıq dərs
Uşaqlarda erkən yaşlarından mütaliə vərdişlərinin formalaşdırılması üçün,onlara bədii əsərləri oxumağı təbliğ etmək,mütaliə vərdişlərini aşılamaq lazımdır.Mütaliə edən uşaq üçün diskussiya mühiti yaratmaq,ona oxuduqlarını necə anlamaq,düşündüklərini müzakirə etmək imkanı vermək lazımdır. 2 b sinfində keçirilən "Gəlin birgə oxuyaq" adlı tədbir də,uşaqların oxuyub anlama bacarıqlarını nümayiş etdirirdi.Şagirdlərin oxuduqları nağılları müzakirə etmələri,onların nağıl qəhrəmanlarına yazdıqları məktublar və çəkdikləri şəkillər hamının diqqətini cəlb etdi.Şagirdlər çox həvəslə hazırladıqları şeir,mahnı və rəqsləri,"Tıq-tıq xanımın nağılı" səhnəciyini qonaqlara təqdim etdilər.