Gözü yaşlı Xocalım!

1992-ci il fevralın 25-dən 26-na keçən gecə...

İnsanı vahimələndirən ,dəhşətə gətirən gecə...

Yeri-göyü inlədən ah-nalə səsləri...

Yüzlərlə insanın qətlə yetirildiyi gün...

Xocalı faciəsi...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi,həmyerlilərimizə qarşı törədilən yeni bir qətliam-Xocalı soyqırımı baş verdi.Yüzlərlə insan al qanına boyanaraq vəhşiliklə qətlə yetirildi.Kafir erməni həmin dəhşətli gecədə ağbirçək anaya da qıydı ,ağsaqqal qocaya da ,südəmər körpəyə də.O qanlı gecədə qəlbimizə elə dağ çəkildi ki...Bu dağın sızıltısı hələ bundan sonra yüz illər davam adəcək və çəkdiyimiz bütün əzabı ,zilləti bizə həmişə xatırladacaq .Xocalı faciəsi –Azərbaycan xalqını düşmənlərinə qarşı həmişə ayıq-sayıq olmağa,qisası yerdə qoymamağa çağıran xəbərdarlıq zəngi idi.

Bu gün məktəbimizdə “Gözü yaşlı, Xocalım”  adlı ədəbi-bədii tədbir keçirildi.İlk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tədbirdə şagirdlərimiz Xocalıya həsr olunmuş  şeirlər söylədilər və səhnəciklərlə çıxış etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi