Heydər Əliyev irsinin öyrənilməsi

221 nömrəli məktəbdə 12.01.2018-ci il tarixdə  Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar   63 nömrəli tam orta məktəbin rəhbərliyi və XI sinif  şagirdləri görüş ilə keçirildi. Görüşdə 221 nömrəli tam orta məktəbin direktoru Fikrət Xəlilov və 63 nömrəli tam orta məktəbin direktoru Cavanşir  Tarverdiyev  “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda çıxış etdi.

Heydər Əliyevin  demokratik, hüquqi, dünyəvi və unitar dövlət  quruculuğu  sahəsindəki  xidmətləri, eyni zamanda dövlətin müstəqilliyinin,suverenliyinin  və  ərazi bütövlüyünün qorunması,vətəndaş cəmiyyətinin bərqarar olması və qanunların aliliyinin təmin edilməsi üçün Azərbaycan xalqı qarşısındakı  əvəzsiz xidmətləri şagirdlərin nəzərinə çatdırıldı.

  Görüşün sonunda  ulu öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümaiş etdirildi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi