9 Noyabr Bayraq günü

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.Xətai rayonu 63 nömrəli tam orta məktəbdə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim heyəti və şagirdlər iştirak etdilər. Azərbaycanın üç rəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR –in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18- də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Həmçinin Dövlət Bayrağı günü qeyri iş günü hesab olunur.2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının –Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m,bünövrəsinin diametri 3,2 m ,bünövrənin üst hissəsinin diametri 1,09 m-dir.Bayrağın eni 35 m,uzunluğu 70 m,ümumi sahəsi 2450 kv.m –dir.Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi