Ümummilli lider Heydər Əliyevin 94 illik yubleyinə həsr olunmuş tədbir keçirildi

S.Həsənov adına 63 nömrəli məktəbdə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi.Tədbiri məktəbin tarix müəllimi İsayeva Gülbəniz təşkil etmişdir.Tədbirdə məktəbin direktoru, bir qrup müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbirdə bildirilib ki,90-cı illərin əvvəllərində Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə stabillik yaranıb. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin sırasına yüksəlib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi