21 fevral Beynəlxalq Ana Dili günü

1999-cu il noyabr ayında keçirilmiş baş konfransda YUNESKO-nun qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili günü elan edilmişdir. Bu münasibətlə S.Həsənov adına 63 nömrəli məktəbdə tədbir keçirildi.Tədbiri ibtidai sinif müəllimi Musayeva İlhamə təşkil etmişdi.Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirildi. İlhamə müəllim ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdi.O,bildirdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında, dünyagörüşünün genişlənməsində, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Daha sonra 1B sinfinin şagirdləri Ana dilinə aid şeirlərlə ,rəqs və səhnəciklərlə öz çıxışlarını təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi