Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası
Xətai rayonu S.Həsənov adına 63 nömrəli tam orta məktəbdə “Ekoloji aylıqlar ” layihəsi çərçivəsində tədbir keçirildi.Tədbir “Ekoloji mədəniyyət və incəsənət ,Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası ”mövzusuna həsr olunmuşdur.Tədbirdə məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak etdilər.Tədbiri məktəbimizin tarix müəllimi Şərifova Zenfira təşkil etmişdir.Tədbirin əsas məqsədi şagirdləri Azərbaycanın ekoloji tarixi,mədəniyyəti ,incəsənəti barədə maarifləndirmək və onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönləndirməkdir.