Hüseyn Cavidin “İblis” mənzum faciəsinə həsr olunmuş “açıq dərs” keçirildi
S.Həsənov adına 63 nömrəli məktəbdə Hüseyn Cavidin “İblis” mənzum faciəsinə həsr olunmuş “açıq dərs” keçirilmişdir. “Açıq dərs”-i məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Babayeva Nəzakət təşkil etmişdir. “Açıq dərs”-də məktəbin direktoru Cavanşir Tarverdiyev və Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişlər.N.Babayeva lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi, əsərlərində dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemlərini əks etdirən H.Cavidin yaradıcılığında mühüm yer tutan “İblis” mənzum faciəsindən söz açmışdır. Bildirmişdir ki, böyük dramaturq bu faciədə dövrün bütün mürtəce qüvvələri - “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “XX əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirmiş, işğalçı müharibələrə lənət yağdırmışdır.Şagirdlər “İblis” mənzum faciəsi ilə bağlı fikirlərini bölüşmüş və mövzu ətrafında müzakirələr aparılmışlar.