"Azadlığa gedən yolun zirvəsi" adlı dərs

"20 Yanvar" faciəsi xalqımızın yaddaşında hüzn və kədər ,qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb.Bu gün məktəbimizdə "20 Yanvar" faciəsinin 33 -cü ildönümü ilə əlaqədar 3 B sinfində "Azadlığa gedən yolun zirvəsi" adlı dərs keçirilib.Dərsdə İlhamə müəllimə mövzu ilə bağlı videoçarxlar göstərərək məlumat verib ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb.Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifəsi kimi daxil olub.Dərsdə şagirdlər "20 Yanvar" kompozisiyası göstərmiş,şeirlər söyləmiş,əl işləri hazırlamış,"20 Yanvar faciəsi uşaqların gözü ilə" adlı rəsmlər çəkib təqdim etmişlər.Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Ələsən müəllim dərsdə iştirak etmiş,həm müəllimdən həm də şagirdlərdən razı qalmışdır.Biz dövlət müstəqilliyimizin bərpası,azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.
  Allah bütün şəhidlərimizə rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi