İntiharın profilaktikası

Xətai rayonu 63 nömrəli tam orta məktəbin psixoloqu Aygül Mirzəliyeva dekabr ayı ərzində yuxarı sinif şagirdləri ilə "İntihar" mövzusunda profilaktik və maarifləndirici seminarlar keçirdi.Görüşlərin əsas məqsədi yeniyetmələrin həyatında baş verə biləcək və ölümlə nəticələnə bilən riskli davranış olan intihar haqqında maariflənmək və yarana biləcək xoşagəlməz hadisələrin qarşısının alınması idi.Seminarlarda şagirdlərə depressiv vəziyyətlərlə mübarizə aparmağın alternativ yolları,problem həll etmə bacarıqları aşılandı.Təlimdə əsasən məktəbdə intihara səbəb ola biləcək əsas problemlər və onun qarşısının alınması üçün qabaqlayıcı addımlar haqqında müzakirələr aparıldı.Sonda isə şagirdlərin bir sıra sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi