12 DEKABR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR
Azərbaycan xalqı xoşbəxtdir ki,Tanrı ona Heydər Əliyev kimi dahi bir şəxsiyyət,xilaskar vermişdir.Görkəmli siyasi xadim ,bütün dünya azərbaycanlılarının lideri ,müstəqil Azərbaycan Respublikasının qurucusu ,xalqın sevimlisi H.Əliyev cismən həyatdan getsə də,onun ideyaları,əməlləri,gördüyü işlər,millət yolundakı xidmətləri daim qəlbimizdə,ürəyimizdə yaşayacaqdır.O,nəinki,Azərbaycanda həmçinin bütün dünyada öz mövqeyi və yeri olan böyük bir simadır. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.Onun yaratdığı bu günkü Azərbaycan yaxın gələcəkdə daha da inkişaf edəcək ,dünya birliyində öz layiqli yerini tutacaqdır.