"Erkən nigaha yox deyək!" mövzusunda maarifləndirici görüş

Xətai rayonu S.Həsənov adına  63 nömrəli tam orta məktəbdə 09.12.2022-ci il tarixində " Erkən nigahlar" mövzusunda tədbir keçirildi. Tədbiri təşkil edən tarix müəllimi İsayeva Gülbəniz 18 yaşına çatmayan bir şəxslə qeyri-rəsmi birliyin olmasının cəmiyyətimizin inkişafı üçün təhlükəli fəsadları haqqında ətraflı məlumat verdi. O, erkən nigahların baş vermə səbəb və nəticələri haqqında təqdimatla çıxış etdi.

Tədbirdə həmçinin məktəbin tibb bacısı və məktəbin psixoloqu çıxış etdilər. Sonda tədbirdə iştirak edən yuxarı sinif şagirdlərinə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əlaqə nömrəsi təqdim olundu.Belə hallara rast gəldikdə komitənin qaynar xəttinə müraciət etmək tövsiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi