Uşaq hüquqları haqqında seminar
Noyabr ayında Xətai rayonu 63 saylı tam orta məktəbin 2b sinfində psixoloq Aygül Mrzəliyeva tərəfindən uşaq hüquqları haqqında maarifləndirici seminar keçirildi. Seminarda şagirdlərə slaydlar vasitəsilə uşaqların hüquq və azadlıqları barədə geniş məlumat verilmiş, videoçarxlar göstərilmişdir. Şagirdlərlə eləcə də uşaq hüquqları haqqında diskussiyalar aparılmışdır.