" Zəfər bayramı- Azərbaycan xalqının şanlı tarixi"

05.11.2022-ci il tarixində 63 nömrəli tam orta məktəbin 3 d sinfində " Zəfər bayramı - Azərbaycan xalqının şanlı tarixidir" mövzusunda tədbir keçirildi. Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət himni ilə başladı sonra Vətən müharibəsi zamanı şəhid olan zabit və əsgərlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər vətənpərvərlik mövzusunda mahnılar oxudular, şeirlər söylədilər. Maraqlı səhnəciklər göstərdilər. Tədbir məktəb rəhbərliyi və kollektivi tərəfindən rəğbətlə qarşılandı. Bir daha sübut olundu ki , uşaqlar vətənpərvərlik ruhda tərbiyə olunur, vətəni dərin məhəbbətlə sevirlər.  Zəfər günü Azərbaycanın şərəf səlnaməsinə qızıl hərflərlə yazılmış şanlı bir tarixdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi