"Narkomaniyaya yox deyək" adlı tədbir.
Narkomaniya müasir dövrdə bəşəriyyətimizi narahat edən ən ciddi sosial bəlalardan biridir. Narkomanlığa qarşı sərt şəkildə mübarizə aparan ölkələrdən biri də məhz Azərbaycandır.
Narkomaniya ilə mübarizədə ən əsas rolu düzgün maarifləndirmə və antinarkotik təbliğat oynayır. Gəncliyimizin bəlası sayılan bu işdə məktəblərin rolu əvəzsizdir.
20.10.2022 ci il tarixində 63 nömrəli məktəbdə də "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirildi. Tədbirdə məktəb direktoru Cavanşir Tarverdiyev, məktəbin tərbiyə işləri üzrə direktor müavini Ələsən Sadıqov, məktəbin psixoloqları, UBR və 4 nömrəli uşaq poliklinkasının pediatırı Səadət İsmayılova iştirak etmişdir. Tədbirdə əsasən IX - XI sinif şagirdləri iştirak etmişdir. Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Tədbirdə şagirdlərin bu mövzuda maariflənməsi üçün bir sıra slaydlar və videoçarxlar nümayiş etdirildi.