10 oktyabr -Ümumdünya Psixi Sağlamlıq Günü
Hər il oktyabrın 10-u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd olunur. Bu gün 1992-ci ildən Ümumdünya Psixi sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) məlumatına görə , hazırda dünyada 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir.Bu günlə əlaqədar 63 nömrəli məktəbin psixoloqları Həsənova Arzu,Mirzəliyeva Aygül və məktəbin tibb bacısı H.Mərdanə 11a, 8b sinif şagirdləri ilə maarifləndirici tədbir keçiriblər və mövzu ilə bağlı şagirdlərə məlumatlar veriblər.