Birincilərin məktəbə hazırlıq səviyyələrinin yoxlanılması.

 

2022-2023- cü tədris ilinin ilk həftələrində 63 saylı məktəbin psixoloqları A.Həsənova və A.Mirzəliyeva tərəfindən şagirdlərin intellektual səviyyəsini müəyyənləşdirmək məqsədilə 1a,1b,1c,1ç,1d sinif şagirdləri arasında məktəb kamilliyini müəyyən edən "Kern-Yerasek" metodikasının tətbiqi həyata keçirilib.
Testin keçirilməsində əsas məqsəd şagirdlərin bilik səviyyələrini yoxlayaraq təlimdə geri qalan uşaqların sayını müəyyənləşdirmək və onlarla qrup və ya fərdi şəkildə psixokorreksiya işlərini apararaq bilik səviyyəsini yüksəltməkdən ibarətdir.
Testin nəticələrinə əsasən zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələlərə artıq başlanılıb. 
Eləcə də adaptasiya problemi yaşayan şagirdlərlə görüşlər keçirilib,onların yeni mühitə uyğunlaşmalarına dəstək göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi