9 Noyabr "Dövlət bayrağı Günü"
Xətai rayonu 63 nömrəli tam orta məktəbdə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim heyəti və şagirdlər iştirak edirdilər.Tədbir dövlət bayrağının gətirilməsi və dövlət himninin səslənməsi ilə açıq elan edildi. Məktəbin direktoru Cavanşir Tarverdiyev çıxış edərək bayrağın hər bir dövlətin suverenliyinin rəmzi olduğunu bildirib. Qeyd edib ki, dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq olunub.Məlumat verilib ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.. Şagirdlər Dövlət Bayrağına aid şeirlərlə çıxış ediblər.