18.10.2016-cı il tarixdə S.Həsənov adına 63 nömrəli məktəbdə18 oktyabr Müstəqilliyin bərpasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndələri də iştirak etdilər.Tədbir Dövlət bayrağının gətirilməsi və Dövlət himninin oxunması ilə başlandı.Şagirdlər vətənpərvərlik mövzusunda şeir və mahnılarla çıxış etdilər.Sonda məktəbin direktoru Cavanşir Tarverdiyev şagirdləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 –ci il dönümü münasibəti ilə təbrik etdi.