“Ağ ölüm”lə mübarizə
Xətai rayonu S.Həsənov adına 63 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” devizi altında tədbir keçirilmişdir.Tədbirdə hüquq mühafizə orqanlarının nümayəndələri də iştirak etmişlər.Çıxışlarda narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışılıb, bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib.Məktəbin direktoru Cavanşir Tarverdiyev qeyd etdi ki, ilk öncə ailə tərbiyə ocağıdır. Ona görə də ailədə və ailədaxili münasibətlərdə sağlam psixopedaqoji mühitin olması çox zəruridir.“Ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının və ictimaiyyətin rolu böyükdür.Belə vasitələr orqanizmdə təkcə fəsadlar törətmir, həm də bir sıra xəstəliklərə yol açır və gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu baxımdan belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.