Zəfər Günü
63 nömrəli tam orta məktəbdə "Azərbaycanın Zəfər Günü"nə həsr olunmuş "Gözün aydın Qarabağım, qayıtdıq!" adlı tədbir keçirilib. Tədbirdə Ali Baş Komandamızın çıxışları, Vətən Müharibəsində canlarından keçmiş Şəhidlərimiz haqqında, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə videoçarxlar nümayiş etdirilib. 2 B sinif şagirdlərinin maraqlı səhnəcikləri, vətənpərvərlik ruhlu şerləri, rəngarəng rəsqsləri, qonaqlar tərəfindən alqışlarla qarşılandı. Tədbirdə 44 günlük Vətən Müharibəsinin iştirakçıları da iştirak ediblər. Onlar Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində Zəfərə gedən yoldan böyük qürurla bəhs etdilər. Zəfər günün mübarək, qəhrəmanlar igidlər yurdu, Azərbaycan! Qarabağ Azərbaycandır!