Valideynin məktəbdə bir günü

        20 dekabr 2019-cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən “Valideynin məktəbdə bir günü” lahiyəsi həyata keçirildi.

         Lahiyə çərçivəsində ibtidai (I-IV), orta (V-VII) və yuxarı sinif (IX-XI) blokunda təhsil alan şagirdlərin valideynlərinin məktəbə ziyarəti təşkil olundu.

       Tədbirin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları məktəblə tanışlığının təmin olunması, qeyri-formal mühitdə məktəbin inzibati, pedaqoji və texniki işçi kollektivi ilə ünsiyyətin platformasının yaradılması idi.

         Valideynlər məktəb foyesində növbətçilər tərəfindən qarşılandı və tədbirin gündəliyi  haqda məlumatlandırıldı.

         Lahiyə çərçivəsində məktəbin direktoru Cavanşir Tarverdiyev valideynlərə məktəbdə həyata keçirilən layihələr, onların əhəmiyyəti, nəticələri və faydaları, şagirdlərin təşəbbüsü ilə icra olunmuş tədbirlər barədə geniş məlumat verdi. Layihə çərçivəsində valideynlər fənn, laboratoriya, informatika kabinetləri ilə tanış oldular. Məktəb kitabxanası, yeməkxana, tibb otağında təşkil olunan işlə bağlı məlumat aldılar. Valideynlərin qeyri-formal mühitdə məktəbin inzibati, pedaqoji və texniki işçilərlə görüşü təşkil olundu. Ehtiyacların qiymətləndirilməsi istiqamətində tərtib olunmuş anket sorğuda iştirak edən valideynlər rəy və təkliflərini bildirdilər.

        Sonda valideynlərlə xatirə şəkili çəkildi.

    

       

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi