Kiçik tədqiqatçılar
02.12.2019-cu il tarixdə məktəbin II-IV sinif şagirdlərinin iştirakı ilə "Kiçik tədqiqatçılar" müsabiqəsi keçirildi. "Kiçik tədqiqatçılar" müsabiqəsinin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə "Kiçik Akademiya"larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etməkdir.