“Bir günəşin zərrəsiyik” adlı tədbir keçirildi

P.Nəzərov adına 60 nömrəli tam orta məktəbin kitabxana kollektivi F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Mickeys House uşaq bağçası ilə birgə Suraxanı rayonu 2 saylı Uşaq evində tədbir təşkil etdilər. “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş “Bir günəşin zərrəsiyik” adlı tədbirdə məktəbimizin 3b, 4b, 8d sinif şagirdləri “Nağıl qəhrəmanları ilə görüş” adlı nağıl tamaşasını uşaqlara təqdim etdilər. Uşaqların təqdim etdiyi bədii kompozisiya, nağıl qəhrəmanlarının çıxışları, şən oyunlar uşaqların sevincinə sevinc qatdı. Tədbirdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi də iştirak etdi, bayram münasibətilə uşaqları təbrik edib onlara xoş arzularını çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi