Sabahın alimləri

Məktəbimizin 3 komandası onlara olan ümidlərimizi doğrultdular. "Sabahın alimləri Xlll Respublika Müsabiqəsi"ndə məktəbimizi təmsil edən şagirdlərimiz:

 Tibb və sağlamlıq kateqoriyası üzrə Qibləliyeva Ayla, Qəhrəmanova Nərgiz 1- ci yerin qalibi olaraq qızıl medala,

Kimya kateqoriyası üzrə müsabiqədə iştirak edən Bağırova Ayan 1- ci yerin qalibi olaraq qızıl medala,

 Mühəndislik kateqoriyası üzrə müsabiqədə iştirak edən Xələfi Nəzrin, Qədimli Məryəm 3- cü yerin qalibi olaraq bürünc medala layiq görülərək məktəb tarixində bir ilkə imza atdılar. Bu uğurların qazanılmasında böyük əməyi olan, hər üç işin elmi rəhbəri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən Qibləliyevadır. 

Bu sevinci bizə yaşadan müəllim və şagirdlərimizi məktəb kollektivi adından ürəkdən təbrik edir, uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi