Yaşıl Dünya Naminə Həmrəylik İli

2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən məktəbimizdə müxtəlif tədbirlər keçirilir. Həyat bilgisi, biologiya və coğrafiya fənnləri həftəsi çərçivəsində də nümunəvi dərslərin bu sərəncama uyğun keçirilməsi planlaşdırılıb. Bu gün də P. Nəzərov adına 60 nömrəli tam məktəbin 8E sinfinin coğrafiya müəllimi Məmmədova Zinaidanın nümunəvi dərsi dinlənildi. Şagirdlər mövzuya əsasən maraqlı təqdimatlar hazırlamışdılar. Azərbaycan Respublikasının Ətraf Mühitin Qorunması haqqında Konstitusiyanın 39-cu maddəsi şagirdlərə şifahi olaraq çatdırıldı, sonra isə nümunə olaraq Qarabağ bölgəsinin Zəngilan rayonunda yerləşən Ağalı kəndində tətbiq olan "Ağıllı kənd" layihəsinin icrası haqqında video slayd nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi