FƏXRİMİZ

Paşa Dərdayıl oğlu Nəzərov 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 60 saylı tam orta məktəbi bitirmişdir. 1972-1974-cü ildə Qorki şəhərində, Daxili qoşunlarda hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdaraq, 6 saylı İslah Əmək Düşərgəsində axtarış qrupunun rəisi vəzifəsində işləmişdir. 1991-ci ildə könüllü cəbhə bölgəsinə yollandı. 701 saylı H/H-də, leytenant vəzifəsində Ağdam, Laçın, Daşaltı, Kəlbəcər rayonlarında qəhrəmancasına vuruşdu. Ağdərə uğrunda gedən döyüşdə ağır yaralanaraq 2 ay hərbi hospitalda müalicə olunduqdan sonra, vətəni düşmənlərdən xilas etmək arzusu və hərbçi yoldaşlarının köməyinə qoşulmaq amalı, onu yenidən cəbhəyə qayıtmağa təhrik etmişdi. Son döyüşü isə Murovdağda oldu...   "Bakılı balası"  arxasını Murova söykəmişdi. Lakin, taleyin qismətinin qarşısında bu qarlı Murov dağı da aciz qaldı. Bu dəfə Paşa 1993-cü ildə aprelin 4-də  qəhrəmancasına həlak oldu. Şəhidlər xiyabanında uyuyan, "Şəhidlik" zirvəsinə qalxan bu igidin ailəsinə yazdığı məktubda belə deyilirdi:

"... Sağ qayıdacam evimizə. Ona görə ki, məni evdə əzizlərim gözləyir. Darıxıram sizlərdən ötrü"

Hal-hazırda məktəbimiz Paşa Nəzərovun adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi