Qohumlararası nikahın fəsadları

16.04.2024- cü il tarixində məktəbin tədbirlər planına uyğun olaraq məktəbin direktor əvəzi Günay Cəlilovanın və 9- cu sinif şagirdlərinin iştirakı ilə məktəb psixoloqu Şəhanə Məhərrəmovanın hazırladığı "Qohumlararası nikahın fəsadları " mövzusunda təqdimat əsasında maarifləndirici söhbətlər aparıldı. Qohum evliliklərində qüsurlu uşaqların dünyaya gəlmə riskinin daha çox olması haqqında məlumatlar verildi. Bu kimi mənfi halların qarşısının alınması üçün şagirdlərlə erkən yaşlardan maarifləndirici söhbətlərin aparılmasının vacibliyi vurğulandı. Belə tədbirlərin keçirilməsi gələcək nəsillərimizin sağlam inkişafına müsbət təsir edəcəkdir. Mövzu ətrafında yaranmış suallara dolğun cavablar verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi