Nailiyyətlərimiz

Qızıl və gümüş nişanlarÜmumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar arasında P. Nəzərov adına 60 saylı tam orta məktəbin şagirdləri Qurbanlı Kənan, Axundova Aqilə və Əmirova Firəngiz də olması "60 ailəsi"nin böyük sevincinə səbəb oldu. 2 qızıl və 1 gümüş nişanla təltif olunan məzunlarımızın UĞURU ilə fəxr edirik. Bu gün məktəbin direktoru Fayaz Hüseynov qızıl nişanlara layiq görülən Kənan Qurbanlı və Aqilə Axundova, gümüş nişana layiq görülən Firəngiz Əmirova ilə görüş təşkil edərək 11 ilin bəhrəsi olan nişanlarını təqdim etdi. Məktəbin ictimai işlərində, intellektual yarışlarda, Respublika olimpiadalarında həmişə öz biliyi ilə fərqlənən məzunlarımızı təbrik edirik. İnanırıq ki, harda olurlarsa olsunlar doğma məktəbin adını həmişə uca tutacaqlar. Vətəninə, millətinə layiqli bir övlad olacaqlar.

"Sabahın Alimləri" X Respublika Müsabiqəsində 3-cü yer17.02.2021 ci il tarixdə Təhsil Nazirliyi tərəfindən təşkil edilən "Sabahın alimləri " 10 -cu respublika müsabiqəsində məktəbimizin 11- sinif şagirdləri Axundova Aqilə Rüfət qızı və Əmirova Firəngiz Emil qızı ümumilikdə 8 kateqoriyanın "Ekologiya, ətraf mühitin idarə olunması " kateqoriyası üzrə "Yaşayış məkanlarında havanın keyfiyyətini yaxşılaşdıran ultrasəs və ozonotorlu hibrid qurğu " layihəsi ilə çıxış etdilər. 02.03.2021 ci il tarixdə keçirilən onlayn yekun mərhələdə şagirdlərimizin elmi işləri öz kateqoriyasında yüksək nəticə əldə edərək 3 - cü yerə layiq görüldülər. Bu sevindirici qələbə münasibətilə şagirdlərimizi və onların elmi rəhbəri, direktor müavini Aytən Qibləliyevanı təbrik edirik. 60-la daha böyük uğurlara imza atmağı arzulayırıq!!!

Qızıl və gümüş nişanlarÜmumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar arasında P. Nəzərov adına 60 saylı tam orta məktəbin şagirdləri Qurbanlı Gülnar və Ələkbərova Mədinənin də olması "60 ailəsi"nin böyük sevincinə səbəb oldu. 1 qızıl və 1 gümüş nişanla təltif olunan məzunlarımızın UĞURU ilə fəxr edirik. Bu gün məktəbin direktoru Fayaz Hüseynov qızıl nişana layiq görülən Gülnar Qurbanlı və gümüş nişana layiq görülən Mədinə Ələkbərova ilə görüş təşkil edərək 11 ilin bəhrəsi olan nişanlarını təqdim etdi. Məktəbin ictimai işlərində, intellektual yarışlarda, Respublika olimpiadalarında həmişə öz biliyi ilə fərqlənən məzunlarımızı təbrik edirik. İnanırıq ki, harda olurlarsa olsunlar doğma məktəbin adını həmişə uca tutacaqlar. Vətəninə, millətinə layiqli bir övlad olacaqlar.

HAQQIMIZDA

Məktəbin binası XX əsrin 30-cu illərində inşa edilib. Böyük Vətən müharibəsi dövründə hospital kimi fəaliyyət göstərib. Orta məktəb kimi XX əsrin 50-ci illərindən fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev fond...

BİZİM FƏXRLƏRİMİZ

Gülnar Qurbanlı Nəcəf

Aqilə Axundova Rüfət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi