"Gəlin birgə oxuyaq" adlı tədbir keçirildi.

20.04.2018-ci il tarixində P.Nəzərov adına 60№li tam orta məktəbin kitabxana kollektivi "Oxu günü"nə həsr olunmuş "Gəlin birgə oxuyaq" adlı tədbir keçirdilər. Tədbirdə oxunun əsas məqsədi, mütaliə marağının artırılması, oxu vərdişlərinin genişləndirilməsi, kitabın həyatımızdakı rolu xüsusi vurğulanmışdır.Tədbirdə dünya və Azərbaycan nağıl qəhrəmanlarının personajlarından hazırlanmış kiçik səhnəciklər maraqla qarşılandı. Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin əməkdaşı Anar Qədməliyev öz çıxışında şagirdlərə daima oxumağı tövsiyə edərək bildirdi ki, cəmiyyətimizin, dövlətimizin inkişaf açarı yalnız oxumaqdır. Biz yalnız oxumaqla, araşdırmarlar aparmaqla özümüzü inkişaf etdirərək Müstəqil Azərbaycanımıza layiqli övladlar olmalıyıq. Sonda məktəbin direktoru Fayaz Hüseynov çıxış edərək bildirdi ki, məktəbimizin qarşısında duran ən birinci vəzifələrdən biri də kitabxana ilə şagirdlər arasında əlaqəni gücləndirərək savadlı, intelektual vətəndaş yetişdirməkdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi