İdman Gününə həsr olunmuş yarışlar keçirildi!

60 nömrəli məktəbdə 5 Mart – İdman Gününə həsr olunmuş yarışlar keçirildi!
Bu gün məktəbimizdə 5 Mart – İdman Günü münasibətilə futbol, basketbol və voleybol üzrə yarışlar təşkil olundu. Şagirdlər böyük həvəslə iştirak edərək idmana olan maraqlarını və bacarıqlarını nümayiş etdirdilər. Yarışlar gərgin mübarizə və dostluq ab-havasında keçdi.
Yarışların sonunda qalib komandalar diplomlarla mükafatlandırıldı. Fəal iştirak edən bütün şagirdlərimizi təbrik edir, onlara gələcək uğurlar arzulayırıq! Məktəbimizdə idmanın inkişafına və sağlam həyat tərzinin təşviqinə yönəlmiş tədbirlər davam edəcək.