İmtahan həyəcanı və onunla mübarizə

9-cu sinif şagirdləri ilə “İmtahan həyəcanı və onunla mübarizə” mövzusunda psixoloji söhbət keçirildi

Məktəbimizdə şagirdlərin psixoloji rifahını və uğurlu imtahan nəticələrini dəstəkləmək məqsədilə 9-cu sinif şagirdləri ilə maarifləndirici görüş təşkil olundu. Görüş məktəbimizin psixoloqları — Şəhanə Məhərrəmova və Ruhanə Mirzəyeva tərəfindən “İmtahan həyəcanı və onunla mübarizə yolları” mövzusunda keçirildi.

Söhbət zamanı şagirdlərə imtahan dövründə yaranan stressin səbəbləri, psixoloji gərginliyin orqanizmə və düşüncəyə təsiri, həyəcanın normal bir hiss olduğu və onun idarə olunmasının vacibliyi izah edildi. Psixoloqlar praktiki tapşırıqlar vasitəsilə şagirdlərə streslə mübarizə yollarını nümayiş etdirdilər.

Görüşdə qeyd olundu ki, imtahan həyəcanını azaltmağın əsas yollarından biri düzgün hazırlıq, vaxtın effektiv idarə olunması, sağlam yuxu rejimi və pozitiv düşüncədir. Eyni zamanda, nəfəs alma texnikaları, relaksasiya üsulları və özünə inamı artıran motivasiya cümlələri haqqında da şagirdlərə məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi