Naxçıvanın 100 İlliyi ilə Bağlı Viktorina Keçirildi
Naxçıvanın 100 İlliyi ilə Bağlı Viktorina Keçirildi
Bu gün məktəbimizdə 8-ci sinif şagirdlərinin iştirakı ilə Naxçıvanın 100 illik yubileyi münasibətilə viktorina keçirildi. Tədbirin məqsədi şagirdlərə Naxçıvanın zəngin tarixi, mədəni irsi və görkəmli şəxsiyyətləri haqqında biliklər qazandırmaq idi.
Viktorina zamanı şagirdlər fərqli mövzularda suallara cavab verdilər, komanda şəklində çalışaraq bilik və bacarıqlarını nümayiş etdirdilər. Tədbir böyük maraqla qarşılandı və qalib komandalar mükafatlandırıldı.