Yaşıl dünya naminə həmrəylik ili

Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar məktəbimizdə müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu istiqamətdə məktəbin dəhlizlərində və məktəbyanı ərazisində dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin əsərlərində yer alan ətraf mühitin qorunması ilə bağlı kəlamlarını əks etdirən lövhələr asılmışdır. Şagirdlərin iştirakı ilə məktəbin ərazisində yerləşən ağacların dibləri yumşaldılmış, onlara qulluq qaydaları haqqında məlumatlar verilmişdir. Məktəb rəhbərliyinin də iştirakı ilə keçirilən tədbirdə maarifləndirici səhnəciklər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi