İdmansevərlər

"İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir."- Heydər Əliyev.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin " İdmansevərlər" layihəsi çərçivəsində məktəbimizdə də müxtəlif tədbirlər həyata keçirilir. Bu gün "Məktəbimizin İdmansevərləri" ilə görüşə "Stend atıcılığı" üzrə İkiqat dünya və olimpiya çempionu Zemfira Meftahətdinova, idmanın "Güləş"növü üzrə olimpiya çempionu Namiq Abdullayev gəlmişdi. Qonaqlarımız məktəbin birinci Qarabağ şəhidi P. Nəzərov və ikinci Qarabağ şəhidi Rəşad Zeynallının barelyefi qarşısında sayqı duruşu etdilər. Daha sonra istedadlı şagirdlərimizin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. 

Məktəbimizin idmanla məşğul olan şagirdləri çempionlarımızı idman zalında alqışlarla qarşıladılar. Xatirə şəkilləri çəkdirdilər. Dəyirmi masa ətrafında şagirdlər tərəfindən verilən suallara dolğun cavablar verildi. Tədbir şagirdlərin musiqili kompozisiyası ilə daha da yaddaqalan oldu. Sonda məktəbin direktor əvəzi Günay Cəlilova qonaqlara öz təşəkkürünü bildirdi. Tanınmış idmançılarımız ilə belə görüşlərin keçirilməsinin "idmansevərlərimizin" həyatında müsbət rol oynadığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi