"20 Yanvar - Qan dənizi" adlı ədəbi bədii kompozisiya

17.01.2020 -ci il tarixində P.Nəzərov adına 60 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq "20 Yanvar - Qan dənizi" adlı ədəbi bədii kompozisiya keçirildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında səslənən şeirlər və nəğmələr vətəni üçün, milləti üçün şəhid olan həmvətənlərimizin mübarizəsini gözlər önünə gətirdi. Sənədli filmlərdə faciənin dəhşətini şagirdlərimiz o günün şahidi kimi izlədilər. Vətənin ağır günü bir daha həkk olundu şagirdlərin yaddaşına. "Şəhidlər ölməz, unudulmaz" şüarı bir daha canlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi