Yarış xarakterli Karl-Popper debatı

Karl-Popper debatı Karl Raimund Popper tərəfindən yaradılıb. Karl Popper debatı mülahizə yürütmək və dərk edici düşünmək bacarığını inkişaf etdirən təhsil proqramı kimi yaranmışdır. Korl-Popper debat formatında hər komandada 3 spikerin iştirakı nəzərdə tutulur ki, bu da iştirakçılara həm debata hazırlıq vaxtı, həm də debat zamanı birgə işləmək imkanı yaradır. Bugünkü debatımızda “Etik davranış qaydaları və bu qaydalara necə əməl edirik” mövzusu seçilmişdir. Debat zamanı yeniyetməlik dövrlərindəki şagirlərin mövzu haqqında müzakirələri dinlənildi. Debatın məqsədi onlara fikri düzgün çatdırmaq, araşdırma bacarığı qazandırmaqdan ibarətdir. Qeyd edək ki, rəqib tərəfə hörmət, müxtəlif fikirlərə, rəylərə verilən qiymətlərə dözümlülük, dinləyib təhlil etmək, zəif bəndləri tapmaq və diqqətini onlara cəlb etmək, rəqib tərəfin çıxışını axıra qədər dinləmək, sözünü kəsməmək, təhqir edici çıxışlara yol verməmək debata hörmət prinsipinin əsasını təşkil edir.