Sağlam həyat, sağlam düşüncə

    Bu gün məktəbin 7b sinfində təhsilalanlarla "sağlam həyat tərzinə, sağlam düşüncəyə necə nail olmaq olar" mövzusunda müzakirə keçirildi. Məktəbin psixoloqu Nəcibə Bayramova daxilimizdəki harmoniyanı yenidən yaratmaq üçün "Həyat çarxı" çalışmasından istifadə edərək, vizual olaraq, şagirdlərin həyat mənzərəsinin canlandırılmasına, daxili disbalansın (balanssızlığın) səbəblərinin araşdırılmasına, həyatın vacib sferalarının qiymətləndirilməsinə nail oldu.

    Şagirdlər müzakirə zamanı fikir və düşüncələrini bildirdilər, onlar idmanın, rəqsin, əhvalı yüksəldən gözəl sözlərdən istifadənin, hətta xəyala dalmağın sağlam yaşamağa, sağlam düşünməyə təsirini vurğuladılar.

     Sağlam, xoşbəxt və harmonik yaşamaq üçün 3 qaydanın olduğu şagirdlərin diqqətinə çatdırıldı. Bu qaydalar, özünə hörmət etmək, başqalarına hörmət etmək, işlərinizin məsuliyyətini anlamaq və qəbul etməkdir.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi