Azadlıq rəmzi - Xarıbülbül

   Artıq azadlığına qovuşan Qarabağ torpaqları zəngin florası, biomüxtəlifliyi, nadir bitkiləri və yüksək endemizmi ilə həmişə seçilmişdir. Bu müxtəlifliyin içində Xarıbülbül özünəməxsus yer tutur. Əsas məskəni Şuşanın Cıdır düzü olan Xarıbülbül Qızıl Qaya deyilən yerdə daha çox yayılmışdır. Bu bitkiyə Samur-Dəvəçi, Kür-Araz və Xəzərsahili ovalıqlar, Kür düzənliyi, Abşeron, Kiçik Qafqazın cənub rayonlarında da rast gəlinir. Əsasən orta dağ qurşağına kimi, kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılmışdır.

Elmi adı Qafqaz  səhləbi olsa da hamı onu Xarıbülbül kimi tanıyır. Bitkiyə bu ad bülbülə bənzədiyinə görə verilib. “Xar” sözü tikan mənasını verir, yəni “tikan üstündə oturub oxuyan bülbül” deməkdir.  Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə yuxarıdan aşağı "baxmağını" göstərir. Uzun illərdir əsirlikdə olan, Qarabağın, Şuşanın incisi sayılan Xarıbülbül artıq azadlığına qovuşmuş,  bütün Azərbaycanın azadlıq və zəfər rəmzinə çevrilmişdir. Bu məlumatlar 6c sinfində " Azadlıq rəmzi -Xarıbülbül "adlı təqdimatda Elnarə Soltanova tərəfindən səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi