Zərifə Əliyevanın 101 illik yubileyinə həsr olunmuş tədbir

Bu gün Elşad  Yəhyayev adına 56 saylı tam orta məktəbdə  Akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə siniflərdə sinif təşkilat saatlarında sənədli film göstərilmişdir, divar qəzetləri çıxarilmışdır, tədbir keçirilmişdir.Tədbirdə şagirdlər Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından danışdılar və  bildirdilər ki , Akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı olaraq mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Tədbirdə  Bakı  Nobel İrsi  Fondunun   direktoru Fuad Qasımov , məktəbin müəllimləri və təcrübəçi tələbələri və şagirdləri  iştirak etdilər. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı uğurlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.              

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi