”Su - təbiətdə yayılması, təmizlənməsi və kimyəvi xassələri” mövzusunda praktik təcrubə

 "  Yaşıl Dünya Naminə Həmrəylik ili" çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-a bağlı Qaflanova Elmira müəllimənin rəhbərliyi ilə 7c sinfində kimya fənnindən ”Su - təbiətdə yayılması, təmizlənməsi və kimyəvi xassələri” mövzusunda praktik təcrubə keçirildi. Dərsdə məişətdə istifadə olunan su ehtiyatı ilə davranma qaydaları izah edildi.  Suyun çirklənməsinin səbəbləri və təmiz saxlanmasının əhəmiyyəti şərh edildi. Suyun alınması və kimyəvi xassələrinə aid kimyəvi təcrübələr, müşahidələr aparıldı. Şagirdlər komanda şəklində suyun təmizlənməsi ilə bağlı  araşdırmalar apardılar və su filtiri hazırlayaraq təqdimat etdilər. Məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi