“Dahi  Azərbaycan şairi M.Füzulinin 530 illiyinin qeyd edilməsi

    “Dahi  Azərbaycan şairi M.Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında “  Azərbaycan  Respublikası  Prezidentinin Sərəncamının icrası ilə əlaqədar aprel  ayı ərzində “Məktəblərdə  Məhəmməd Füzuli  ayı “ layihəsinə  start verilib. Layihənin məqsədindən irəli gələrək milli-mənəvi dəyərləri təbliğ etmək, şairin ədəbi-bədii irsi ilə bağlı maarifləndirmədə E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi də fəal iştirak etdilər. 19.04.2024-cü  tarixində  məktəbin kitabxanasında  dəyirmi masa təşkil edildi. Tədbirdə  Təlim-tərbiyə işləri üzrə direktor müavini  Q.Vəfa , Metodbirləşmə sədri N.Gülnarə , UBTR A.Froza, Azərbaycan dili müəllimi  M.Rita iştirak  edirdilər.

Şagirdlər Füzulinin yaradıcılığı , poema və nəsr əsərləri  haqqında söhbətlər  apardı  və qəzəllər söylədi , “Leyli və Məcnun “ poemasından səhnəciklər göstərildi. Tədbir şagirdlərimizin xatirə və yaddaşlarına həkk olundu.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi