Ətraf mühitin qorunması mövzusunda ədəbi-bədii gecə

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024 cü ilin "Yaşıl Dünya naminə Həmrəylik İli" elan edilməsi haqqında sərəncamını dəstəkləyərək E.Yəhyayev adına 56 nömrəli məktəbdə 16.04.2024 cü il tarixində "Yaşıl Dünya,şair və sənətkarlarımızın əsərlərində" mövzusunda ədəbi-bədii gecə keçirildi. Gecədə şair və mütəfəkkirlərin əsərlərində təbiət gözəlliyi,ətraf mühitin qorunması problemləri ilə bağlı maraqlı söhbətlər aparıldı,şeirlər söylənildi,səhnəciklər göstərildi, "Xarı Bülbül" musiqi çələngi nümayiş etdirildi. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi əsərlərindən çağdaş ədəbiyyatımızın şair və yazıçılarının əsərlərində təbiət gözəlliyi,ətraf mühitin qorunması kimi fikirlər şagirdlərimizin yaddaşına həkk olundu.Bu isə gənc nəslin vətənpərvərlik ruhunda,torpaq,yurd sevgisi ilə böyüməsinə,əsl vətəndaş kimi tərbiyələnməsinə təsir göstərən amillər aşıladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi