"Mülki Müdafiə Günü" nün keçirilməsi

09.04.2024-cü il tarixində məktəbdə "Mülki Müdafiə günü" keçirilmişdir. Mülki müdafiə tədbirlərində  II, V və VI siniflərin  şagirdləri  iştirak  etmişdirlər.Ehtimal  olunan fövqəladə hadisələr  zamanı  ilk tibbi  yardım göstərilməsi ,  əyani vəsaitlər , şagirdlərin çəkdiyi şəkillər və videoçarxlar nümayiş olunmuş,  davranış qaydaları ilə şagirdlər  bir daha tanış edilmişdir. İlkin  olaraq II, V və VI siniflərdə keçirilən  Mülki Müdafiə gününə  həsr olunan   dərslər   qənaətbəxş  hesab olunmuş və müsbət qiymətlənmişdir.  Mülki Müdafiə gününün keçirilməsində əsas məqsəd şagirdlərdə vətənə dərin məhəbbət hisslərinin inkişaf etdirilməsidir. Mülki Müdafiə gününün keçirilməsi məktəb kollektivinin möhkəmlənməsinə, şagirdlərin Hərbi Vətənpərvərlik ruhunda tərbiyə olunmasına şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi