Məktəb orenjeriyasının yaradılması

      Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına əsasən məktəbin həyətyanı sahəsində növbəti ağacəkmə kompaniyası davam edir. Bu gün şagirdlər və məktəbdə olan  təcrübəçi tələbələr  məktəb həyətində kiçik ölçülü oranjeriyanın yaradılması istiqamətində dibçək gülləri və müxtəlif ağaclar əkiblər. Həmçinin digər ağacların, güllərin dibini yumşaldıb, abadlıq işləri görüblər.   Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi