"Yaşıl məktəb" adlı şagirdlərin əl işlərindən ibarət satış-sərgi xeyriyyə aksiyası

Elşad Yəhyayev adına 56 nömrəli məktəbdə "Yaşıl dünya naminə həmrəylik" ili çərçivəsində "Yaşıl məktəb" adlı şagirdlərin əl işlərindən ibarət satış-sərgi xeyriyyə aksiyası keçirilmişdir.

Xeyriyyə aksiyası Xətai rayon İcra Hakimiyyətinin və 56 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə həyata keçirilib.Tədbirdə rayonun dövlət orqanlarının rəhbərliyi,Təhsil Nazirliyinin,  BŞTİ nin nümayəndələri,,Bakı Nobel İrsi Fondunun rəhbərliyi iştirak etmişdir.

Məktəbin 140 illik yubileyi ərəfəsində şagirdlərin və valideynlərin təşəbbüsü ilə həyata keçirilən satışdan əldə olunan vəsait həyətyanı sahənin, yaşıllaşdırılması, abadlıq və digər işlərinin görülməsinə sərf ediləcəkdir. Sərgidə Novruz adət ənənələrini əks etdirən rəsm əsərləri və əl işləri satışa çıxarılmışdır.

https://fb.watch/r51ovLxhUP/

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi