Sağlam bədəndə sağlam ruh olar .İdman viktorinası

1-7 mart idman həftəsi ilə əlaqədar  məktəbimizin 1b sinfi sinif rəhbəri  Cəfərova Aysel öz şagirdləri ilə maraqlı idman həftəsi keçirtdilər. İdman ustası ilə onlayn görüş  keçirtdilər və dərsləri  fiziki tərbiyə fənni ilə inteqrasiya edərək  sağlam bədəndə sağlam ruh olar fikrini bir daha uşaqlara sevdirdi. 04.03.2024-cü  ildə E.Yəhyayev adına  56 saylı tam orta məktəbin  fiziki tərbiyə müəllimləri şagirdlərimizlə birgə  idman həftəsinə olduqca böyük maraq qatmağa davam edirlər.Bu gün səhər gimnastikasından sonra,  şən startlar estafet yarışları təşkil edildi.Şagirdlər olduqca həvəslə bu yarışlarda iştirak edərək  birgə əməkdaşlıq nümayiş etdirdilər. Yarışda  fərqlənən  şagirdlər oldu və bu şagirdlər idman həftəsinin sonunda mükafatlandırılacaqlar .Eyni zamanda 6-ci sinif şagirdləri arasında  idman viktorinası təşkil edildi, şagirdlər qruplara bölünərək maraqlı suallar üzərində çalışmış,qalib komanda seçilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi