Şahmat üzrə yarışmada şagirdimiz diploma layiq görülüb"Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Sahmat Məktəbi tərəfindən "Bahar-2022" şahmat üzrə təsnifat turnirində II dərəcə uğrunda III yerə layiq görüldüyünə görə məktəbimizin şagirdi Xuduzadə Azad diploma layiq görülmüşdür.
Şagirdlərimizə sertifikat təqdim olunubXətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş "Qəhrəmanlıq salnaməmiz" adlı rəsm və inşa yazı müsabiqəsində iştirak etdiyinə görə məktəbin 7"B" sinif şagirdi Nəzrin Quluzadə və 8"A" sinif şagirdi Fatimə Məmmədzadə sertifikatla təltif olunublar.
1"A" sinif şagirdinə təltifnamə təqdim olunub"Nömrə 1 Tədris Mərkəzi"nin təşkil etdiyi "Nömrə 1 Yarışın"da 670 bal topladığına görə Musalı Adəmə "Təltifnamə" təqdim olunub.