30 oktyabr Repressiya Qurbanları Günü

  Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də repressiya olmuşdur. Bu məqsədlə kitabxanada repressiya qurbanları yada salındı. Kitabxana müdiri Hafizə Abdullayeva öz çıxışında repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, şair, müəllimin sürgünə göndərilməsi, bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmi təbəqəsinin çox böyük hissəsinin məhv edilməsi haqqında məlumat verdi. O, repressiyaya  məruz qalmış Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Ruhulla Axundovun, Əhməd Cavadın həyat və yaradıcılığından, onların əsərlərindəki yüksək həyat eşqindən, sevginin insan ürəyində mərhəmət hissini yaratdığından söhbət açdı. Sonda şagirdlərə bu ziyalılar haqqında yazılmış ədəbiyyatdan söhbət açıldı, onlara biblioqrafik tövsiyyələr verildi.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi